“Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsi icra olunur- FOTOLAR

Sabunçu rayonu Maştağa qəsəbəsindəki K.Məmmədov adına 209 №-li tam orta məktəbdə “Yeniyetmələrin İntellektual İnkişafında Zehni Oyunlar” layihəsinin icrası davam edir.

“Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi bildirir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində Sabunçu rayonu Maştağa, Nardaran və Bilgəh qəsəbələrində “Yeniyetmələrin İntellektual İnkişafında Zehni Oyunlar” layihəsinin icrasını davam etdirir.

Layihənin Fəaliyyət Planına uyğun olaraq, 26 sentyabr 2024-cü il tarixində Sabunçu rayonu Maştağa qəsəbəsi K.Məmmədov adına 209 №-li tam orta məktəbdə layihə çərçivəsində pedaqoji heyətin üzvlərinin iştirakı ilə 20 nəfər (10 oğlan, 10 qız) arasında anket-sorğu keçirilmişdir.

26 sentyabr 2024-cü il saat 11:00-da könüllülük prinsipi əsasında, şəxsi həvəs və maraqlarına uyğun olaraq, K.Məmmədov adına 209 №-li tam orta məktəbin VI, VII və VIII sinif şagirdlərindən ibarət bir qrup məktəbin foyesində toplaşmışdı. Layihənin rəhbəri N.Nəcəfov şagirdlərlə söhbət etdi. O, hər bir fərdin intellektinə müsbət təsir göstərən zehni oyunlardan danışdı, misallar çəkdi, şagirdlərə təşkilatın işi və gələcək planları barədə məlumat verdi və şagirdləri layihənin icrasına qoşulmağa çağırdı.

Sonra oğlan və qızların birgə iştirakı ilə məktəbin İctimai Lövhəsində layihənin çap məhsulu olan rəngli, loqolu poster ümumi baxış üçün vuruldu. Layihə rəhbəri onu da bildirdi ki, hər bir şagirdin davamlı və dayanıqlı inkişafında zehni oyunların rolu böyükdür. Asudə vaxtı səmərəli qurmaq, dama, domino, şahmatla məşğul olmaq, pazlı quraşdırmaq və s. məktəblilərə diqqət yetirmək, həm də ilkin təhlil etmə bacarıqlarını öyrətmək üçün əhəmiyyətlidir.

Sonra layihənin fokus qrupuna – 20 şagirdə qələm və loqolu anket-sorğu vərəqləri paylanıldı, onlara sorğuya düzgün cavab vermək üçün izahat verildi və suallar cavablandırıldı.

K.Məmmədov adına 209 №-li tam orta məktəbin direktoru Səbahət Ağayeva şagirdləri çıxış edərək, məktəbliləri “Yeniyetmələrin İntellektual İnkişafında Zehni Oyunlar” layihəsində fəal iştiraka çağırdı. Tədbirdə məktəbin pedaqoji kollektivi, məktəbin təşkilatçısı V.Rəsulova, UBTR T.Əliyeva, fiziki tərbiyə müəllimləri N.Quliyev, M.Mehtiyev iştirak edirdilər.

Layihə iştirakçıları anket-sorğunu ayrılmış 20 dəqiqə ərzində cavablandırdılar.

 

Əvvəlki məqalə

Azərbaycanda Aliment Fondu yaradıla bilər

Sonrakı məqalə

Naxıçvanda mövqelərimiz pulemyotlarla atəşə tutuldu –