Yer kürəsini qlobal istiləşmədən xilas etmək üçün atmosferə beş milyon ton almaz tozu səpmək lazımdır.
Azpost.info xəbər verir ki, bu qənaətə İsveçrə alimləri gəliblər.
Belə ki, almaz tozunun hissəcikəri bir-birinə yapışmayacaq, istixana effektinə səbəb olacaq və yağıntının artmasına səbəb olmadan uzun müddət havada asılı vəziyyətdə qalacaq.
Bundan başqa, onlar kimyəvi cəhətdən neytraldırlar və kifayət qədər əks etdirmə qabiliyyətinə malikdirlər.
Layihənin mənfi cəhəti onun çox baha olmasıdır. Beş milyon ton almaz tozunun istehsalı və stratosferə çatdırılmasının dəyəri bir neçə yüz trilyon dollar başa gələr. Bu səbəbdən hələlik təşəbbüsə ciddi baxılmır.
Azpost.info