YEREVANDA 2001-Cİ  İLDƏ QALDIRILMIŞ AZƏRBAYCAN BAYRAĞI –

Düşmən ölkə bayrağımızı nə üçün toxunulmaz saxlayır? (FOTO)
25 Noyabr 2019 - 15:45

Ermənistanda Azərbaycanın üçrəngli bayrağının  qoyulduğu yer var.

Azpost.info bildirir ki, bu barədə “Kommersant”qəzetinin müxbiri Marina Kovalenko Yerevanda olarkən öz yazısında qeyd edib.

Bayrağın həmin məkanda qoyulması və səbəbi çox maraqlıdır.

Azərbaycan bayrağı Yerevandakı “Ararat”  konyak zavodunda qoyulub.  Bayraq 2001-ci ildə ATƏT-in Minsk Qrupnun həmsədrlərinin Ermənistana səfəri zamanı qaldırılıb. Həmsədrlərin iştirakı ilə konyak zavodunda  açılması Qarabağda sülh imzalanacağı gün üçün nəzərdə tutulmuş konyak çəlləyi qoyulub.  “Sülh çəlləyi” adı verilmiş ağzıbağlı konyak çəlləyinin içində 1994-cü ildə çəkilimiş spirt var. Bu da rəmzi məna daşıyır. 1994-cü ilin may ayında Azərbaycanla Ermənistan arasında atəşkəslə bağlı müqavilə imzalanıb. Minsk Qrupunun həmsədrlərinin fikrincə,  zavoddakı həmin “sülh çəlləyi”  uğurlu sazişin bir siyasi mesaj olmalı idi. Tərəflər arasında sülh sazişi bağlandıqdan sonra konyak çəlləyinin  açzının açılması nəzərdə tutulur.

Plana görə, həmsədrlər və tərəflər sülh əldə edildikdən sonra bu konyak çəlləyini açaraq badələrini xalqlar dostluğu sağlığına qaldıracaqlar.

Azpost.info