Yevlaxda hərbi sursat partlayıb, 26 yaşlı çoban ölüb

mina

Yevlax sakini partlayış nəticəsində həlak olub.

Rayon sakini olan çoban, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov Yevlax rayonunun Şirinbulaq yaşayış sahəsinə yaxın ərazidə hərbi sursatın partlaması nəticəsində aldığı xəsarətdən ölüb.

İlkin ehtimala görə, həmin hərbi sursat Vətən Müharibəsi dövründə ermənilər tərəfindən atılıb. (APA)

Faktla bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir