Bu gün bəzi sosial şəbəkələrdə Yevlax rayonunun Kövər kəndi ərazisində erməni milliyətinə məxsus silahlı şəxsin aşkar edilməsi barədə yayılmış videogörüntülər həqiqəti əks etdirmir.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Məlumata görə, kənd sakinləri tərəfindən aşkar edilən şəxsin kimliyinin müəyyən edilməsi üçün Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb. Araşdırma zamanı həmin şəxsin ruhi-əsəb xəstəliyi olan, Yevlax şəhər sakini R.Ə. olduğu müəyyən edilib. Saxlanılarkən ondan istifadəyə yararsız 2 ədəd əl qumbarası da götürülüb. Aşkar edilən şəxsin müalicəsinin davam etdirilməsi üçün ruhi-əsəb əxstəlikləri dispanserinə yerləşdirilib.