Vətəndaş ona yazılmış cəriməni hissə-hissə, 5-6 ay ərzində ödəyə bilərmi?
Bu barədə Azpost.info-ya daxil olmuş sorğunun cavabını təqdim edirik:
DİN-dən verilən məlumata görə, Azərbaycan Respublikasının qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər.
“Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Həmin Məcəllənin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir”.