Yol qəzalarında hadisə yerinə vaxtında necə çatmalı?- Tədbirlər planı hazırlanıb

Daxili İşlər, Səhiyyə və Fövqəladə Hallar nazirlikləri tərəfindən əməkdaşlarının yol qəzaları zamanı hadisə yerinə vaxtında çatmaları ilə bağlı birgə tədbirlər planı hazırlanıb.

APA-nın məlumatına görə, bunu Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polkovnik Kamran Əliyev “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın müzakirəsi və ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqinə həsr olunan ictimai müzakirə mövzusunda keçirilən tədbirdə deyib.

Polkovnik qeyd edib ki, hər üç nazirliyin rəhbərləri tərəfindən təsdiq edilmiş plan əsasında reginonda təlimlərə başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bir qrup idmançı və idman mütəxəssisinə yeni mənzil verildi

Sonrakı məqalə

10 gün ərzində icbari tibbi sığortanın xidmətlər zərfi müəyyənləşəcək