“YPG-nin İŞİD-çiləri pul qarşılığında azad etməsinə dair xəbərlər alırıq”- Çavuşoğlu

YPG-nin İŞİD terrorçularını pul qarşılığında azad etməsinə dair xəbərlər alırıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bu məsələ Türkiyə tərəfinin nəzarəti altındadır.

Nazirin sözlərinə görə, ABŞ tərəfindən YPG terrorçularının bölgəni tərk etmələri barədə yazılı məlumat verilib: “ABŞ-la apardığımız müzakirələrdə də bunu dedik. Bölgəni tərk etməyənlər olacaqsa, onları zərərsizləşdirəcəyik. Hərəkata fasilə verməyimiz, bölgədə qalan terrorçulara heç nə etməyəcəyimiz anlamına gəlməməlidir”.

Nazir deyib ki, Soçi razılaşmasına əsasən, terrorçuların Suriyanın şimalından geri çəkilməsini araşdırmaq üçün Rusiyadan hərbi heyət gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bələdiyyə seçkilərində hansı siyasi partiyalar iştirak edəcək?

Sonrakı məqalə

Azərbaycanda Büdcə Məlumat İdarəetmə Sistemi yaradılır