Yunanıstanın “Aegean Airlines” aviaşirkəti Bakı ilə Afina arasında birbaşa uçuşları bərpa edib. AzPost xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb. Qeyd edilib ki, Bakı-Afina-Bakı marşrutu istiqamətində uçuş mayın 24-də baş tutub və aviaşirkət həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri reyslər həyata keçirəcək. AzPost.az