Yüngül günəş işığı serotonin səviyyəsini artırır
Serotonin “xoşbəxtlik hormonu” kimi tanınır və onun səviyyəsi insan əhval-ruhiyyəsini tənzimləyir. AzPost bildirir ki, İsveçin Lund Universitetinin psixoloqu Erik Lindgren Journal of Affective Disorders jurnalında dərc olunmuş araşdırmada bildirib ki, günəş işığı serotonin istehsalını stimullaşdırır.
Lindgren qeyd edib ki, qış aylarında günəş işığının az olması depressiya və yuxu pozuntularının artmasına səbəb olur. O əlavə edib ki, gündə 15-20 dəqiqə günəşə çıxmaq əhval-ruhiyyəni yaxşılaşdırır.
Mütəxəssis vurğulayıb ki, günəş işığı həmçinin vitamin D səviyyəsini artırır və immunitet sistemini gücləndirir. Lakin Lindgren qoruyucu vasitələrdən istifadə etməyi də unutmayıb.
AzPost.az
Əlaqəli xəbərlər
-
Gündüz fəhlə, gecə quldur... - Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?
-
Heydər Əliyevlə bir kadrda - 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
-
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi - Kurt Valdhaymın böyük sirri
-
Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?
Növbəti xəbər yüklənir...