“Yuventus” darmadağınla qalib gəlib

İtaliya A seriyasında XXVIII tur başlayıb.

Apasport.az saytının məlumatına görə, turun ilk günündə bir qarşılaşma keçirilib.

Son çempion “Yuventus” “Leççe”ni qəbul edib. Turin təmsilçisi autsayderlər qrupunda yer alan rəqibin müqavimətini yalnız ikinci hissədə qırıb. Fasilədən sonra 4 qol vuran “ağ-qaralar” darmadağınla liderliyini  möhkəmlədib.

Qeyd edək ki, turun digər oyunları iyunun 27-28-də keçiriləcək.

İtaliya A seriyası
XXVIII tur
26 iyun
“Yuventus” – “Leççe” – 4:0

Dibala, 53, Ronaldo, 62 (pen.), İquayn, 83, De Liqt, 86

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Meksikada Təhlükəsizlik nazirinə hücum nəticəsində üç nəfər ölüb

Sonrakı məqalə

Braziliyada son sutkada koronavirusdan 1 000-ə yaxın insan ölüb