İtaliya çempionu “Yuventus”da yeni məşqçi təyinatı gerçəkləşib.
Matc.az xəbər verir ki, Turin təmsilçisinin sabiq futbolçusu Andrea Barzalyini əsas komandanın məşqçilər korpusuna daxil edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 38 yaşlı keçmiş müdafiəçi baş məşqçi Maurisio Sarrinin köməkçilərindən biri kimi fəaliyyət göstərəcək.
Barzalyi ötən mövsüm futbolçu karyerasını başa vurduğunu açıqlayıb. O, 2011-ci ildən 2019-cu ilin mayına qədər Turin klubunda oynayıb.