Zərdabda yol qəzası olub, ölən və xəsarət alanlar var. Hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Toyota” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Yol qəzasında 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. APA-nın xəbərinə görə, xəsarət alanlardan 3-ü azyaşlıdır. Xəsarət alan bir azyaşlı ölüb.  T.Məmmədovun xəstəxanada öldüyü bildirilir. Məlumata görə, həmin uşaq hadisə yerində ölən İntiqam Məmmədovun nəvəsdir.

AzPost.az