“Zəngəzurda sərhədlə bağlı üçtərəfli komissiya yaradılması nəzərdə tutulur” –

Paşinyan müzakirə olunan sənədi açıqladı
20 May 2021 - 20:25

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla demarkasiya üzrə komissiyanın yaradılacağı barədə məlumatı təsdiqləyib. 

Azpost.info bildirir ki, parlamentin növbədənkənar iclasında çıxış edən Paşinyan bildirib ki, Azərbaycan və Ermənistan arasında demarkasiya və delimitasiya aparılması üçün sərhədlər yoxdur: “Bizdə müharibdən sonra yaranmış vəziyyət mövcuddur. Bu həllini tapmalıdır”-deyə Paşinyan vurğulayıb.

Paşinyanın sözlərinə görə, bu məsələlərlə məşğul olmaq üçün üçtərəfli komissyanın yaradılması təklifi meydana çıxıb.

O deyib ki, hələ işçi səviyyəsində olan sənədin dərc olunmasını korrekt hesab etmir: “Bir halda ki, o yayılıb, mən deyirəm: Bəli bu son 2 gün ərzində müzakirədə olan yeganə sənəddir”. 

Paşinyan deyib ki, sənədin mühüm maddısi ondan ibarətdir ki, tərəflər sərhəd məsələlərini ordunun hərəkəti ilə deyil, diplomatik yolla həll edirlər.

Azərbaycanla diplomatik əlaqələri olmayan İrəvan bunun üçtərəfli formatda təşkil olunmasını istəyib.