Zərdabda kişi arvadını boğaraq öldürüb

01 Mart 2021 - 13:54

Zərdabda kişi arvadını qətlə yetirib.

Hadisə bu gün rayonun Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1965-ci il təvəllüdlü Aslanov Məhərrəm Şükür oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Aslanova Rəhilə Şahvələd qızını boğaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, M. Aslanov saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı  Zərdab Rayon Prokurorluğunda zəruri istintaq hərəkətləri aparılır.(APA)