Zərdabda 20 ton ot bağlaması yanıb

Zərdab və Tovuzda yanğın hadisəsi qeyd alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Zərdab rayonunun İkinci Alıcanlı kəndində həyətyanı sahədə yığılan 30 ton ot bağlamasının 20 tonu yanıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Eyni zamanda, Tovuz rayonunun Əyyublu kəndində ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları 50 m² sahədə və altına yığılan 4 ton ot bağlamasının 1 tonu yanıb.

Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gəncədə 2 nəfər dəm qazından zəhərlənib

Sonrakı məqalə

Hulusi Akar: “Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq”