Zakir Həsənov İtaliya müdafiə naziri ilə görüşüb

66f2ace685a9e66f2ace685a9f172718000666f2ace685a9c66f2ace685a9d

Ölkəmizdə keçirilən “ADEX” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və gələcəkdə daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.