Zaqatalada 4 bal gücündə zəlzələ oldu

Bu gün yerli vaxtla saat 14:06 radələrində Zaqatala stansiyasından 8 km qərbdə Zaqatala ərazisində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib. 

Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Şura parlament  seçkiləri ilə bağlı bəyanat verdi:

Sonrakı məqalə

Polis Zərdabın axundunun sərxoş oğlunu saxlayıb