Zaqatalada dava zamanı atanı öldürdülər –Oğlu isə bıçaqladılar

Zaqatalada 56 yaşlı kişi bıçaqlanaraq qətlə yetrilib, oğlu isə bıçaq xəsarətləri alıb.

Hadisə oktyabrın 23-də axşam saat 23:00 radələrində rayonun Danaçı kəndində baş verib.

Kənd sakinləri 1963-cü il təvəllüdlü Abakar Salam oğlu Zutov, onun oğlu 1991-ci il təvəllüdlü Həmzət Zutov və onların həmkəndlisi 1990-cı il təvəllüdlü Abdul Rəcəb oğlu Ayalov aralarında hələ ki istintaqa tam məlum olmayan səbəbdən dava düşüb. Dava zamanı Abdul Ayalov üzərində olan bıçaqla Abakar Zutova və onun oğlu Həmzət Zutova xəsarətlər yetirib. Ağır bıçaq xəsarətləri olan Abakar Zutov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Oğlu Həmzət Zutova isə sol əlin və sol kürəyin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti diaqnozu qoyulub, xəsarəti yüngül olduğundan ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə PKK terror təşkilatına qarşı əməliyyat keçirib

Sonrakı məqalə

Xaçmazda gənc ana iki azyaşlı övladı ilə birgə yoxa çıxıb