Zaqatalada məşhur “Görüş” restoranında yanğın olub –

FOTO
10 Noyabr 2019 - 12:34

Bu gün saat 10.00 radələrində Zaqatala şəhəri “Köhnə avtovağzal” adlanan ərazidə rayon sakini Ayna Əhməd qızı Əliyevaya məxsus, ümumi sahəsi  300 kv/m olan “Görüş” restoranında yanğın baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN)  Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində restoranın dam örtüyü 64 kv/m-lik sahədə yanaraq yarasız hala düşüb. Restoranın otaqlarına ciddi ziyan dəyib. Yanğın zamanı restoranın  işçi heyətindən və restorandakı müştərilərdən xəsarət alan olmayıb.