Zelenski 74 şirkətə qarşı sanksiya tətbiq edib

Vladimir Zelenski
Vladimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada və digər ölkələrdə qeydiyyatdan keçmiş 74 şirkətə qarşı sanksiyalar tətbiq olunması ilə bağlı qərar imzalayıb.


Yeniavaz.com 
xəbər verir ki, müvafiq sənəd onun ofisinin saytında dərc olunub.

Sanksiyalar metallurgiya, maşınqayırma, təyyarə istehsalı və kimya müəssisələrinə, eləcə də bir sıra konstruktor bürolarına qarşı tətbiq edilib. Siyahıya Rusiya müəssisələrindən əlavə Çin, İran və Özbəkistanda qeydiyyatdan keçmiş 7 xarici şirkət daxil edilib.
Bundan əlavə, 58 fiziki şəxsə də sanksiya tətbiq edilib.

Sanksiyalar 10 il müddətinə tətbiq edilib. Bunlara ənənəvi olaraq Ukrayna ərazisində aktivlərin bloklanması, lisenziyaların ləğvi, əqli mülkiyyətin ötürülməsinə qadağa qoyulması, ticarət müqavilələrinə xitam verilməsi və Ukraynanın bütün dövlət mükafatlarının əlindən alınması daxildir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.