Zelenski ABŞ-la bağlanan “mineral saziş”dən danışıb

Vladimir Zelenski
Vladimir Zelenski

Ukrayna və ABŞ arasında yerin təki ilə bağlı saziş ABŞ prezidenti Donald Tramp arasında Vatikanda keçirilən görüşün ilk nəticəsidir.

AzPost RBC-Ukrayna -ya istinadən xəbər verir ki, bu barədə prezident Zelenski çıxışı zamanı deyib ki,

“Müqavilə hazırlıq prosesində əhəmiyyətli dərəcədə dəyişdi. İndi bu, həqiqətən də bərabərhüquqlu sazişdir. Sənəd Ukraynaya sərmayələr üçün imkan yaradır”, – Ukrayna prezidenti bildirib.

Onun sözlərinə görə, saziş Ukraynaya investisiya yatıracaq bərpa fondunun yaradılmasından bəhs edir.

“Biz ABŞ prezidenti, Donald Trampla saziş bağlamağa hazır olduğumuz barədə Vatikanda görüşdə danışdıq. Əslində, indi Vatikan görüşünün ilk nəticəsidir”, – Zelenski bildirib.

O, həmçinin Trampla görüşün əhatəli keçdiyini qeyd edib.

“Bir daha bizim komandalarımıza – ukraynalı və amerikalılara təşəkkür edirəm. Müqavilə üzərində iş həqiqətən peşəkar idi və danışıqlar bəzən çətin olsa da, nəticə güclüdür”, – o əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.