Zelenski dünya yəhudilərinə müraciət etdi –

zelenski cnn

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun Kiyevdə Babi Yar abidəsinə raket hücumu ilə bağlı dünya yəhudilərinə müraciət edib.

Azpost.info xəbər verir ki, Zelenski Babi Yarın Kiyevdə xüsusi ibadət və nasistlər tərəfindən öldürülən 100 min insanın xatirə yeri olduğunu deyib. “Siz ikinci dəfədir ki, Holokost qurbanlarını öldürürsünüz” deyən Ukrayna prezidenti bu hücumun insanlıqdan kənar olduğunu bildirib.

“Çox vacibdir ki, hazırda məhz sizlər – dünyadakı milyonlarla yəhudi susmasın, çünki nasizm sükutla doğulur. Ona görə də dinc əhalinin qətli haqqında qışqırın! Ukraynalıların qətli haqqında qışqırın!”, – Zelenski çağırış edib.

Prezident Rusiyaya ritorik sual ünvanlayıb: “Babi Yardan sonra nə gəlir? Başqa hansı “hərbi obyektlər” Rusiyanı təhdid edir? Daha hansı “NATO bazaları” – Müqəddəs Sofiya Katedralı? Lavra? Müqəddəs Endryu kilsəsi?”.

Zelenski vurğulayıb ki, ukraynalılar öz doğma torpaqlarındadır və Rusiya hakimiyyətini beynəlxalq tribunal gözləyir.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir