Zelenski hərbi ehtiyaclar üçün əlavə 12 milyard dollar ayırdı

Ukrayna prezidenti Vladimir Zelenski 2024-cü ildə hərbi ehtiyaclar üçün əlavə 500 milyard qrivna (təxminən 12 milyard) ayrılması haqqında qanun imzalayıb.

Azpost.info xəbər verir ki, bu barədə Ali Radanın saytında məlumat verilib.

Sentyabrın 18-də parlament Ukraynanın 2024-cü il dövlət büdcəsinə müdafiə və təhlükəsizlik sektoruna maliyyə dəstəyi ilə bağlı dəyişiklikləri təsdiqləyib. Beləliklə, 2024-cü ildə Ukrayna üçün xərclər rekord 3,73 trilyon qrivna (təxminən 90 milyard dollar) təşkil edir.

Azpost.info

Əvvəlki məqalə

Xankəndində ilk toy çalınır –

Sonrakı məqalə

Şeyxülislam Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış edib