Zelenski hərbi yardım üçün 9 dövlətə müraciət etdi

Ukrayna prezidenti Vladimir Zelenski “Buxarest doqquzluğu”na (Bolqarıstan, Macarıstan, Estoniya, Litva, Latviya, Polşa, Rumıniya, Slovakiya, Çexiya) hərbi yardım istəyi ilə müraciət edib.

Azpost.info xəbər verir ki, Zelenski bu barədə “Tvitter”də yazıb. “Biz öz azadlığımızı və torpağımızı müdafiə edirik. Amma bizə təsirli beynəlxalq yardım lazımdır. Mən bunu Polşa prezidenti Anjey Duda ilə müzakirə etdim. Müdafiə yardımı, sanksiyalar, təcavüzkara təzyiqlər barədə “Buxarest doqquzluğu”na müraciət etdim. Biz birlikdə Rusiyanı danışıqlar masasına cəlb etməliyik”, – Ukrayna prezidenti qeyd edib.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ukraynada məsələnin siyasi yolla və dialoqla həll edilməsi çox vacibdir” –

Sonrakı məqalə

“Rusiya ilə Ukraynanın neytral statusu barədə danışıqlara hazırıq” –