Zelenski İstanbul danışıqları öncəsi Kiyevin tələblərini açıqlayıb
“Qarşıda danışıqların yeni mərhələsi var, çünki biz sülh axtarırıq. Real olaraq, gecikmədən. Mənə verilən məlumata görə, artıq Türkiyədə üzbəüz görüş imkanı var. Bu, pis deyil. Nəticəyə baxacağıq”.
Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski İstanbulda keçiriləcək Ukrayna-Rusiya danışıqlarını şərh edərkən deyib.
Zelenskinin sözlərinə görə, danışıqlarda Kiyevin prioritetləri çoxdan məlumdur: “Bu, Ukraynanın suverenliyi və ərazi bütövlüyüdür. Dövlətimiz üçün effektiv təhlükəsizlik təminatları məcburidir. Məqsədimiz də bəllidir – Ukraynada sülhün və normal həyatın tezliklə bərpası”.
Azpost.info
