Zelenski koronavirusa yoluxmaq istədiyini deyib

09 İyun 2020 - 13:55

Ukrayna Prezidenti Vladimir Zelenski yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxmaq istədiyini açıqlayıb. 

APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, o, bunu koronavirusun vəba olmadığını insanlara nümayiş etdirmək üçün istədiyini bildirib.

“Bu qorxuludur, sən xəstələnə bilərsən. Lakin insanlar başa düşməlidirlər ki, koronavirus vəba deyil”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

Zelenski qeyd edib ki, ailəsi onu bu addımına görə bağışlamaz.