“Zelenski-Putin görüşünə hazırlıq gedir”

“Ukrayna və Rusiya nümayəndə heyəti arasında onlayn danışıqlar cümə günü, aprelin 1-də bərpa olunacaq”.

Bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya “Telegram”da bidlirib.

Araxamiya Prezident Zelenski ilə Rusiya lideri Putin arasında bu həftə görüş olacağına ümid etdiyini bildirib.. O, bunun üçün hazırlıqların getdiyini deyib.

“Türkiyədə keçirilən danışıqlarda biz də bildirdik ki, indi iki dövlətin liderlərinin görüşünə ehtiyac var. Rusiya nümayəndə heyəti bildirdi ki, razılaşdırılmış müqavilə layihəsi olmalıdır. Bir həftə ərzində biz danışıqlar prosesinin iştirakçılarından asılı olanı hazırlayacağıq. Ümid edək ki, ölkə prezidentləri görüşləri davam etdirəcəklər”.

Araxamiyanın sözlərinə görə, Ukrayna tərəfi prezidentlərin görüşünün Rusiya və ya Belarus ərazisində keçirilməsini istəmir.

Əvvəlki məqalə

Ərdoğan qədim Xivə şəhərinə gedib

Sonrakı məqalə

Pentaqon: Rusiya qoşunlarını Çernobıldan çıxarır