Zelenski Rusiya ilə danışıqlar üçün şərtlərini açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev yalnız ərazilərin qaytarılması da daxil olmaqla, bir sıra şərtlər yerinə yetirildiyi təqdirdə Moskva ilə danışıqlara hazırdır.

Azpost.info xəbər verir ki, Zelenski bu barədə özünün “Teleqram” kanalında yazıb.

“Ərazi bütövlüyünün bərpası, BMT Nizamnaməsinə hörmət, bütün itkilərin ödənilməsi…”, – Ukrayna prezidenti qeyd edib.

Zelenski həmçinin Rusiyadan bir sıra zəmanətlər verməsini tələb edir: “Bunlar tamamilə aydın şərtlərdir”.

Azpost.info

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

“Sovetski”də köçürülmə dayandırılıb-