Zelenski Volqoqradda hərbi zavoda zərbə endirildiyini təsdiqlədi

27.06.2026 · 13:52 · Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Volqoqraddakı Rusiyanın “Titan-Barikadı” hərbi müəssisəsinin Ukraynanın “Flaminqo” raketləri ilə vurulduğunu açıqlayıb.

Zelenski bu barədə Telegram kanalında paylaşım edib.

“Bu, düşmənin artilleriya sistemləri və xüsusi hərbi texnika, o cümlədən xalqımıza zərbələr endirmək üçün istifadə olunan raket buraxılış qurğularının elementlərini istehsal etdiyi iri sənaye kompleksidir. Zavodun ərazisinə dəqiq zərbə endirilib, nəticədə yanğın baş verib”, – deyə Ukrayna Prezidenti bildirib.

Zelenski vurğulayıb ki, Ukraynaya qarşı müharibəyə xidmət edən Rusiyanın hər bir müdafiə sənayesi obyekti Ukraynanın uzaqmənzilli zərbələri üçün qanuni hərbi hədəf hesab olunur.

AzPost.az