“Zelenskiyə qarşı sui-qəsdin qarşısını Rusiyanın FTX-sı alıb” –“The Times”dan şok iddia

Son bir həftədə Ukrayna prezidenti Vladimir Zelenskiyə ən azı üç sui-qəsd olub.

Azpost.info xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, Ukrayna liderini öldürmək üçün iki müxtəlif qrup göndərilib – “Vaqner” qrupun muzdluları və Çeçenistan xüsusi təyinatlıları. Və onların hər ikisinin qarşısı Rusiya Federal Təhlükəsizlik Xidmətinin müharibəyə qarşı olan qrupu (FSB) tərəfindən alınıb.

Məlumata görə, “Vaqner”çilər Kiyevdə keçirdikləri xüsusi əməliyyatlar zamanı itkilər verib və ukraynalıların onların hərəkətlərini nə qədər dəqiq görməsindən narahat olublar. Qrupa yaxın mənbə deyib ki, Zelenskinin təhlükəsizlik xidmətinin məlumatlılıq səviyyəsi onlar üçün ürkütücü sürpriz olub. “The Times” onu da qeyd edir ki, ötən şənbə günü Kiyevin kənarında Zelenskiyə sui-qəsd planlaşdıran çeçen muzdlulardan ibarət qrup məhv edilib.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-da çalışan azərbaycanlı alimin elm dairələrini heyrətə salan tədqiqatı –

Sonrakı məqalə

Rusiya Avropaya gedən qaz kəmərini bağladı