“Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir. Gələndə də gələcək planları barədə bizə məlumat vermir”.
Azpost.info bildirir ki, bu fikirləri Modern.az-a Azərbaycan Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Mələk Bayramova xanım sənətçinin 9 fevralda keçirləcək növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmayacağı barədə danışarkən deyib.
Deputatın köməkçisi bildirib ki, Zeynəb Xanlarovanın yenidən deputat seçilmək istəyindən xəbəri yoxdur:
“Yaxşı olar ki, bu barədə Zeynəb Xanlarovanın özünə müraciət edəsiniz”.
Qeyd edək ki, bu ayın sonlarında – dekabrın 28-də Zeynəb Xanlarovanın 83 yaşı tamam olacaq.
Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.
Belə ki, o, 1985-ci ildən indiyə kimi deputat mandatı daşıyır.
Son günlər sosial şəbəkələrdə 83 yaşlı sənətkarla bağlı müxtəlif iddialar yayılıb…