“Zibilə görə böyük pullar ayrılır, amma kəndlərdə vəziyyət biabırçılıqdır” –Ekspert  

“Rayon və şəhər icra hakmiyyətlərinin (Bakı və ətraf bura daxil deyil) aparatının saxlanması üçün onarın əhalisinin hər nəfəri hesabı ilə 2020-ci ildə orta hesabla 8-18 manat vəsait ayrılması nəzərdə tutulur. Aradakı fərq rayon ərazisində qəsəbə və kənd icra nümayəndəliklərinin sayına görə yaranır. Müqayisə üçn deyim – bizdə Bakını saymasaq bələdiyyələrin adambaşına bütün xərcləri ən yaxşı halda 3 manat edir. Onların təkcə aparatının saxlanma xərcini götürsək, heç 1 manat da etmir”.

Azpost.info bildirir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev məişət tullantıları ilə bağlı problemə toxunarkən deyib.

Onun sözlərinə görə,  ərazilərin abadlaşdırılmasına və təmizlənməsinə görə iri şəhərlər kənd rayonlarından daha böyük vəsait alır: “Məsələn, Gəncə İcra Hakimiyyəti hər sakin hesabı ilə 30 manatdan bir qədər çox, Lənkəran rayon İcra Hakimiyyəti isə 5 manata yaxın büdcə vəsaiti alır”.
Ekspert qeyd edib ki, bu yaxınlarda 2 rayonda kənd ərazilərinin məişət tullantılarından təmizlənməsinə məsul qurumların fəaliyyətinə dair kiçik bir hesabat hazırlayıblar: “Yerlərdə gerçəkdən biabırçılıqdır – kəndlər tullantıdan boğulur. Bölgələrdə standartlara uyğun poliqon yox, ərazidən tullatını daşımağa səlahiyyəti üzərinə götürəcək qurum yox, tullantıları emal edən müəssisə yox. Bu sahədə nəyi yoxlasanız, qarşınıza “Yox” kəlməsi çıxacaq”.
R.Ağayevin sözlərinə görə, ən yaxşı halda Mənzil Kommunal Təsərrüfatları əhalinin cəmi 25-30%-nin yaşadığı rayon mərkəzinin təmizliyilə işini bitmiş sayır: “Kənddə yaşayanlar isə necə bir antisanitariyada yaşayır, öz işləridir..”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Cəlil Məmmədquluzadənin nəticəsi Azərbaycana necə gəldi?

Sonrakı məqalə

Süleyman Soylu: