“Zirə” səfərdə “Səbail”i məğlub edib

Futbol üzrə Misli Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

Səbail” “ASCO Arena”da “Zirə”ni qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib.

Hazırda “qartallar” 30 xalla 4-cü, “dənizçilər” isə 9 xalla sonuncu – 10-cudur.

Günün ilk oyununda “Turan Tovuz” doğma meydanda “Neftçi” ilə heç-heçə edib – 1:1.

Qeyd edək ki, turun açılış oyununda “Kəpəz” və “Sumqayıt” komandaları qolsuz heç-heçəyə razılaşıb. İlin son turuna dekabrın 22-də keçiriləcək “Şamaxı” – “Sabah” və “Qarabağ” – “Araz-Naxçıvan” oyunları ilə yekun vurulacaq.

Əvvəlki məqalə

İran pulunu dəyişir

Sonrakı məqalə

Tbilisidə növbəti etiraz aksiyası keçirilir