Ziyad Səmədzadə seçiciləri ilə görüşür –Akademik alimlərin, sahibkarların, gənclərin  təkliflərini dinlədi (FOTOLAR)  

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd, akademik Ziyad Səmədzadə 9 fevral seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasını, seçicilərlə görüşlərini  uğurlu şəkildə davam etdirir.

Deputatlığa namizəd görüşlərindən birini 21 yanvar tarixində keçirib. Görüş zamanı akademik vətəndaşları dinləyib və onları maraqlandıran sualları cavablandırıb.

Deputatlığa namizəd 22 yanvar tarixində Azərbaycan Dövlət İqtisad Universitetində müəllim və elmi işçi heyəti ilə görüşüb. Yanvarın 23-də keçirilən çoxsaylı görüşlərdən birində isə Z. Səmədzadə sadə insanlarla, eyni zamanda, orta və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir qrup iş adamı, sahibkarlarla bir araya görüşüb. Görüşdə 1993-cü ildən bu yana ölkədə reallaşdırılan quruculuq işlərindən, ölkə Prezidenti İlham Əliyev tərəfindən son 17 ildə həyata keçirilən siyasətdən, əldə edilən uğurlardan, xüsusilə, sahibkarlığın, o cümlədən, orta və kiçik biznesin (sahibkarlığın) inkişafı istiqamətində atılan addımlardan, qəbul edilən qanunlardan bəhs edilib. Həmçinin, 2018-ci ilin 11 aprel seçkiləri və 2019-cu ilin əvvəllərindən ölkədə daha da geniş vüsət alan islahatlar prosesindən, bu prosesin insanların həyatına müsbət mənada təsirindən söz açılıb, minnətdarlıq ifadə edilib. Görüş iştirakçıları ölkədə həyata keçirilən siyasəti, islahatlar prosesini müdafiə etdiklərini, 9 fevralda ən layiqli namizədlərə səs verəcəklərini bildirib, o cümlədən, deputatlığa namizədə uğurlar arzulayıblar.

Z.Səmədzadə 1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olub. 1961-ci ildə Bakı Dövlət Universitetinin İqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil alıb və elə həmin institutda namizədlik dissertasiyası müdafiə edib. Z.Səmədzadə 1971-ci ildən iqtisad elmləri doktoru, 1977-ci ildən professordur. 1976-1978-ci illərdə o, Azərbaycan Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun elmi işlər üzrə prorektoru olub. 1980-cı ildə Z.Səmədzadə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilib. 1983-1991-ci illərdə Azərbaycan KP Mərkəzi Komitəsində İqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan Respublikası Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət-Plan İqtisad Komitəsinin sədri, TACİS və TRACECA proqramları üzrə Azərbaycanın Milli koordinatoru olub. Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidentidir, Beynəlxalq Menecment Akademiyasının, Avropa Beynəlxalq Akademiyasının Azərbaycan bölməsinin akademikidir. Hazırda Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qaxda 10-cu sinif şagirdi dəm qazından boğularaq ölüb

Sonrakı məqalə

Dəniz Baykal “donuz qripi”nə yoluxub