Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı yeni növ koronavirus (COVID-19) infeksiyasının Omicron ştamına yoluxub. Bu barədə Türkiyə dövlət başçısı sosial şəbəkə hesabında məlumat verib. Ərdoğan bildirib ki, bu gün verdikləri COVID-19 testinin nəticəsi pozitiv çıxıb. O, xəstəliyi yüngül keçirdiklərini qeyd edib. Türkiyə Prezidenti fəaliyyətini evdə davam etdirəcəyini vurğulayıb.