Əbülfəz Elçibəyin 1988-ci ildə Lenin meydanında çıxışı –

"Günahkar Moskvadır" (VİDEO)
02 İyul 2020 - 11:20

Xalq şairi Sabir Rüstəmxanlı arxivindən maraqlı videoxronika paylaşıb.

Azpost.info bildirir ki, 32 il əvvəl-1988-ci ilin noyabrında Bakının Lenin meydanında keçirilən çoxmilyonlu izdihamlı nümayişi azərbaycanlıların Qarabağla bağlı Moskvaya sərt etiraz oldu.  Tarixə Meydan hərəkatı kimi düşən bu aksiya sonradan Azərbaycanın siyasətçi nəslini yetişdirdi.

Yayılan videoda mitinqə aparıcılıq edən Sabir Rüstəmxanlı sözü tarix elmləri namizədi Əbülfəz Əliyevə verir.

Səsi batmış halda danışan Ə.Elçibəy iştirakçıların uğultusu altında çıxış edərək tribundan bir sıra tələbələr səsləndirir. O, Sumqayıt hadisələrinə görə həbs edilən Əhməd Əhmədovun Moskvada mühakiməsinə etiraz edir, bütün problemlərin səbəbinİ Moskva olduğunu deyir, Azərbaycanın süverenliyinin vacib olduğunu bildirir.

Bir ildən sonra yaradılacaq Azərbaycan Xalq Cəbhəsinin sədri olacaq Ə.Əliyev bundan 4 il sonra Elçibəy təxəllüsü ilə müstəqil ölkənin prezidenti olacaqdı.