Ədliyyə Nazirliyi və TƏBİB Tofiq Yaqubluya baş çəkiblər

Ədliyyə Nazirliyi və TƏBİB-in nümayəndələri “City Hospital”da müalicə olunan Tofıq Yaqubluya baş çəkiblər.

TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev bildirib ki, xəstənin vəziyyəti kafi qiymətləndirilir:

“Biz həkim olaraq dərhal aclığı dayandırmasını tövsiyə etdik. Əks halda, aclıq prosesi davam etdiyi müddətdə orqanizmində gedən metobolik proseslər daha da dərinləşə bilər. Hazırkı vəziyyətində isə həyatı üçün təhlükə yoxdur. Ümumi olaraq, T.Yaqublunun vəziyyəti kafi-ağır qiymətləndirilir”.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev də lazım olan bütün tədbirlərin görüldüyünü qeyd edib: “Xəstəxanada şərait yaradılıb. Qida qəbul etməsə də, parentral olaraq ona lazım olan məhlullar köçürülür. Bu gün onun üçün həyati qorxu yoxdur. Lakin biz hər birimiz ona şiddətlə aclığı dayandırmağı tövsiyə etdik”.

“Tofiq Yaqublu artıq 16 gündür ki, aclıq elan edib. Biz ona dəfələrlə aclığı dayandırmasını təklif etmişik”, – bunu isə T.Yaqublunun vəziyyəti ilə bağlı danışan həkim Adil Qeybulla deyib.

“Mən T.Yaqublu ilə aramızda olan güvənin fonunda xahiş etdim ki, bəzi fəsadların qarşısını almaq üçün infuziya və elektalit köçürülməsinə razılıq versin, T.Yaqublu da razılaşdı. Bu gün TƏBİB nümayəndələri də vəziyyətlə yerində tanış oldu. Bütün dəstək müayinələri də davam etdirilir. Tofiq Yaqublu su qəbulunu da davam etdirir. Ona qidalanma üçün heç bir tələb olunmur, verilən dərmanların da tərkibində qida əlavəsi yoxdur. Onu da qeyd edim ki,  ailəsi də hər gün T.Yaqublunun vəziyyəti ilə bağlı məlumatlandırılır”, – deyə A. Qeybulla əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qalatasaray” “Neftçi”ni avrokubokdan kənarlaşdırdı

Sonrakı məqalə

“Kobud səhvlər məğlubiyyətə səbəb oldu” –