“Əfqan xalqından üzr istəyirəm, məni bağışlayın!” –

Ölkədən qaçmış prezident Qani açıqlama verdi
08 Sentyabr 2021 - 17:48

Əfqanıstanın sabiq prezidenti Əşrəf Qani paytaxt Kabulu tərk etdikdən sonra ilk dəfə açıqlama verib.

Azpost.info bildirir ki, Qani ölkəni tərk etmək qərarını “həyatının ən ağır qərarı” adlandırıb.

Sabiq prezident əfqan xalqından üzr istəyib. “Bu, Kabulu və onun 6 milyonluq əhalisini qan tökülmədən xilas edilməsinin yeganə imkanı idi” 

Qani deyib ki, prezident sarayını avqustun 15-də, mühafizənin xəbərdarlığından sonra tərk edib. Təhlükəsizlik xidmətinin əməkdaşları dəhşətli küçə döyüşlərindən qaçmağı məsləhət görüblər.

Qani əfqan xalqından üzr istəyib: “Bağışlayın ki, hər şey belə faciəvi bitdi”.

“Mən dərindən kədərlənirəm ki, rəhbərliyim sələflərim kimi belə faciə ilə sona çatdı. Əfqan xalqından üzr istəyirəm”-deyə Qani tvitterdə yazıb.