“Əfqanıstan hökumətinin süqutunu ilin sonu üçün gözləyərdik” –

Bayden məxfi məlumatı açıqladı
19 Avqust 2021 - 08:35

“ABŞ kəşfiyyatı Əfqanıstan hökumətinin bu ilin sonuna qədər süqut edəcəyini ehtimal etmişdi”.

RİA Novosti xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden ABC telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, konsensus olmadı. Dedilər ki, Əfqanıstan hökumətinin ilin sonuna qədər süqutu daha çox ehtimal olunur”, deyə Bayden vurğulayıb.