“Əfqanıstana dövlət qurmaq, demokratiya yaratmaq üçün getməmişdik” –

Baydendən AÇIQLAMA
17 Avqust 2021 - 08:32
President Joe Biden speaks on the economy in the Roosevelt Room of the White House, Saturday, Feb. 27, 2021, in Washington. (AP Photo/Pablo Martinez Monsivais)

“ABŞ-ın Əfqanıstandakı missiyasından vahid, mərkəzləşmiş demokratiya yaratmaq gözlənilməyib”.

Bunu ABŞ Prezidenti Co Bayden keçirdiyi brifinqdə deyib.

O, ABŞ-ın Əl-Qaidə terror təşkilatını ciddi şəkildə zəiflədərək Əfqanıstanda öz məqsədinə çatdığını bildirib.

“Mən bizim bura necə gəlməyimizi, ABŞ-ın Əfqanıstandakı maraqlarının nə olduğunu xatırlatmaq istəyirəm. Biz Əfqanıstana, təxminən 20 il əvvəl aydın hədəflərlə getdik: 2001-ci ilin 11 sentyabrında bizə hücum edənləri ələ keçirmək və Əl-Qaidənin Əfqanıstandan bizə yenidən hücum etmək üçün baza kimi istifadə etməsinin qarşısının alınmasını təmin etmək. Biz bunu etdik. Biz Əl-Qaidəni Əfqanıstanda ciddi şəkildə zəiflətdik. Biz Üsamə Bin Ladenin zərərsizləşdirilməsində heç vaxt təslim olmadıq və buna nail olduq. Bu, bir onillik əvvəl idi. Bizim Əfqanıstandakı missiyamızdan heç vaxt dövlət quruculuğu, vahid, mərkəzləşmiş demokratiya yaratmaq gözlənilməyib. Bizim Əfqanıstanda həyati əhəmiyyətli yeganə milli marağımız hər zaman olduğu kimi, bu gün də qalır – ABŞ-a terror hücumlarının qarşısını almaq”.

ABŞ Prezidenti qeyd edib ki, o, hər zaman ölkəsinin hakimiyyət əleyhinə, üsyanlar əleyhinə və ya dövlət quruculuğu istiqamətində deyil, məhz anti-terror əməliyyatlarına fokuslanmalı olduğu qənaətində olub.