“İran Əfqanıstanda hökumətin formalaşmasını gözləyir. Bundan sonra yeni hakimiyyətin tanınması barədə qərar qəbul edəcək”.
Azpost.info bildirir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bu gün keçirdiyi brifinqdə bildirib.
Səid Xətibzadənin sözlərinə görə, özündə ölkənin etnik və demoqrafik kombinasiyasını təşkil edəcək ümumilli hakimiyyətin formalaşması ilə Əfqanıstanda sülh və təhlükəsizlik yaranacaq.
O bildirib ki, İran həmişə Əfqanıstan xalqının yanında olub, ölkədə sülhü, sabitliyi və inkişafı dəstəkləyib. “Əfqanıstanın taleyini əfqan xalqı həll etməlidir. Taliblər isə əfqan xalqının bir hissəsidir”.