“Əfqanıstanda vəziyyət nəzarətdən çıxır” –

BMT-nin Baş katibi bəyanat verdi
14 Avqust 2021 - 10:09

BMT-nin Baş katibi Antoniu Quterreş Əfqanıstandakı vəziyyətlə bağlı bəyanatla çıxış edib.

Baş katib bildirib ki, Əfqanıstanda vəziyyət nəzarətdən çıxır. Təkcə ötən ay hərbi əməliyyatlar nəticəsində mindən çox adamın ölüb və ya yaralanıb, 241 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Onun sözlərinə görə, ölkədə xəstəxanalar dolub, yemək və dərman çatışmazlığı mövcuddur, körpülər, yollar və məktəblər dağıdılıb.