Xəbər verdiyimiz kimi “Taliban” Əfqanıstanda yeni hökumətin tərkibini açıqlayıb.
Əfqanıstanın Baş naziri Molla Məhəmməd Həsən Axund olub. 76 yaşının olduğu bildirilir. “Taliban” hakimiyyəti dövründə (1996-2001) o, Əfqanıstan xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. O eyni zamanda həmin dövrdə baş nazirin müavini idi. BMT-nin sanksiya tətbiq etdiyi şəxslər siyahısındadır.