Əfqanıstanın keçmiş daxili işlər naziri keçid hökumətinə rəhbər təyin edilib

15 Avqust 2021 - 15:27

Əfqanıstanın keçmiş daxili işlər naziri Əli Əhməd Ciləli ölkənin keçid hökumətinə rəhbər təyin edilib.

Bu barədə “Reuters” diplomatik mənbələrə istinadən xəbər verir.

Bir qədər əvvəl isə “Əl-Ərəbiyyə” telekanalı, Taliban nümayəndə heyətinin bu gün baş tutması gözlənilən hakimiyyətin transferi ilə əlaqədar hökumətlə danışıqlar aparmaq üçün paytaxt Kabildəki prezident sarayına gəldiyini bildirib.

Əfqanıstan daxili işlər naziri vəzifəsini icra edən Əbdül Səttar Mirzəkval, hakimiyyətin dinc yolla keçəcəyini söyləyib.