“Əgər Çin pandemiyanı qəsdən yayıbsa, nəticələri ilə üzləşə bilər” –

Tramp araşdırma apardıqlarını bildirib
19 Aprel 2020 - 10:53

Əgər Çin yeni növ koronavirusun yaratdığı xəstəliyin yayılmasına bilərəkdən icazə veribsə, nəticələrlə üzləşə bilər.

“TASS” xəbər verir ki, bunu Ağ Evdə keçirilmiş brifinqdə ABŞ Prezidenti Donald Tramp açıqlamasında deyib.

“Araşdırma aparırıq, görək araşdırmalar necə gedəcək. Əgər çinlilər bilərəkdən bu səhvə yol veriblərsə, o zaman nəticələri ilə üzləşə bilərlər”, – deyə Tramp bildirib.