Rusiya Prezidenti Vladimir Putin gələn həftə Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak edəcək.
Dövlət başçısının gələn həftə üçün iş qrafikində nəzərdə tutulan tədbirlər barədə jurnalist Pavel Zarubinə istinadən “Vesti” informasiya xidməti məlumat yayıb. Bu barədə “İnterfaks” xəbər verir.
KTMT sammiti noyabrın 11-də Moskvada keçiriləcək.
Prezidentin iş qrafikində həmçinin beynəlxalq təmaslar, Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə, eləcə də Bədən Tərbiyəsi və İdmanın İnkişafı Şurasının iclası nəzərdə tutulub.
