Əhməd şah Məsudun oğlu Əfqanıstanda 300 “Taliban”çını öldürdü –FOTO

“Əfqanıstanın Bağlan əyalətində Əhməd Məsud və Əmrullah Salehin rəhbərliyi altında yerli müqavimət qüvvələri “Taliban” silahlılarının yolunda pusqu qurub. Pusquya düşən azı 300 Taliban döyüşçüsü öldürülüb”.

Bu barədə BBC-nin jurnalisti Yalda Hakim “Twitter” səhifəsində yazıb.

Bundan əlavə, jurnalist, pusqu zamanı ələ keçirilən “Taliban”çıların fotoşəkillərini də dərc edib.

Bu arada RİA Novosti məlumatlı bir mənbəyə istinadən məlumat yayıb ki, “Taliban” döyüşçüləri Bağlan əyalətinin üç mahalına nəzarəti bərpa etməyi bacarıb.

Qeyd edək ki, hazırda Əhməd Məsudun rəhbərlik etdiyi müqavimət qüvvələri yalnız Pəncşir əyalətin nəzarət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

“Talibana güvənmirəm…” –

Sonrakı məqalə

Dünyada koronavirusa yoluxanların sayı 212 milyonu ötüb –