“Əjdərbəy” məscidində bayram namazı qılındı

20 İyul 2021 - 11:00

Qurban bayramı ilə əlaqədar Bakıdakı “Əjdərbəy” məscidində bayram namazı qılınıb.

Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

Namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin imamətliyi ilə qılınıb.

Qeyd edək ki, iyulun 20-21-də Azərbaycanda Qurban bayramı qeyd olunur.