Haqq və Ədalət Partiyası (HƏP) sədri Əli İnsanovun köməkçisi Rəşad Abbaslı polisə tabe olmamaq ittihamı ilə 30 sutka müddətinə həbs edilib.
Bu qərarı bu gün Bakının Binəqədi Rayon Məhkəməsi qəbul edib. Bu barədə Turan-a HƏP İdarə Heyətinin üzvü Babək Adıgözəlov bildirib.
B.Adıgözəlov R.Abbaslının həbsini partiyanın fəaliyyəti ilə əlaqələndirib.